Uşaqlarınızı erkən yaşlarından gələcəyə hazırlamaq istəyirsinizsə, kodlaşdırma həyat bacarıqları əldə etmək və karyera imkanları əldə etmək üçün bir çox yollar açır.
“Compar Academy”də uşaqlar üçün proqramlaşdırma dərsləri 5 ay müddətində, həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçilir. Bu dərs proqramı üçün yaş aralığı 8-14-dür.
Kurs müddətində uşaqlara proqramlaşdırmanın həm Front-end, həm də Back-end hissəsi üzrə dərslər keçilir. Dərs proqramı aşağıdakıları əhatə edir:
- Proqramlaşdırmanın əsasları
- Uşaqlar üçün dünyanın ən böyük kodlaşdırma icması olan, rəqəmsal oyunlar və animasiyalar yaratmaq üçün istifadə edilən Scratch kodlaşdırma dili
- Alqoritmik düşünmə bacarığı
- Html
- Css (SCSS, Bootstrap)
- Javascript
- Python
- Keçilən mövzuların tətbiq edilməsilə müxtəlif növ kompüter oyunlarının, veb-səhifələrin yaradılması.
Tədris proqramını uğurla başa vuran tələbələr diplomla təltif olunacaq.