Haqqımızda

shape
shape
shape
shape
shape
shape
shape
shape
image

Karyeranızda irəli getmək üçün yeni bacarıqlar öyrənin

İş və gündəlik həyatımızda istifadə edilən proqramlar və texnologiyalar sahəsində tədris verən Compar Academy sadəcə nəzəri yox, həmçinin praktiki təhsilə əsaslanan, özünəməxsus metodikası ilə gələcəyin potensial mütəxəssislərini yetişdirir. Bizim akademiyaya qoşularaq rahat və səlist şəkildə kodlaşdırmanın özəlliklərini, dizaynın incəliklərini öyrənəcəksiniz. Hər hansı bir şirkətin təcrübəli proqramçılara, dizaynerlərə həmişə ehtiyacı var. Buna görə də, Compar Academy sizlər üçün xüsusi tədris proqramı təklif edir. Bizim fikrimizcə, əsas üstünlük praktiki bacarıqları qazanmaqdır və siz bizi seçərək akademiyamızın təcrübəli müəllim kollektivi ilə buna nail olacaqsınız. Məqsədimiz Azərbaycanda proqramlaşdırma və dizayn sahəsində bilikli və bacarıqlı gənclər yetişdirməkdir. Komandamız hər zaman sizlər üçün maksimum ideyalarla dolu təhsil proqramı ilə qarşısınızdadır.

Biz kimik?

Compar Academy proqramlaşdırma, qrafik dizayn, veb dizayn, Microsoft Office, interyer dizayn kimi yüksək kompüter ixtisasları üzrə peşəkarlaşmış tədris mərkəzidir.

Missiyamız

Əsas məqsədimiz və missiyamız tədrisini etdiyimiz sahələrə marağı və həvəsi olan insanlara motivasiya vermək, onları düzgün istiqamətləndirmək və verdiyimiz təhsillə gələcəklərinə müsbət təsir göstərməkdir.