- Tamamilə fərqli sahədə işləyirəm/təhsil alıram, yenə də bu sahəni öyrənə bilərəmmi?
Əlbəttə. Həvəs və marağınız olduqdan sonra hansı sahədə olmağınızdan asılı olmayaraq proqramlaşdırma və ya dizayn öyrənməyə başlaya bilərsiniz.
- Müəllimlər kimlərdir?
Hər bir müəllimimiz öz sahəsində ixtisaslaşmış və olduqca təcrübəlidir. Akademiyaya yaxınlaşıb müəllimlərlə tanış ola və dərslərində iştirak edə bilərsiniz.
- Mentor sisteminiz varmı?
Bəli, dərs müddətində və dərsdən kənar vaxtlarda tapşırıqlarla bağlı mentor dəstəyindən istifadə edə bilərsiniz.
- Tədris proqramının sonunda sertifikat verilirmi?
Bəli, hər bir tələbə final imtahanı verdikdən sonra sertifikatla təmin olunur.
- Proqramı başa vurduqdan sonra təcrübə proqramına qoşula bilərəmmi?
Akademiyamızda tədris proqramını başa vurmuş tələbələr təcrübə proqramına qoşulmaq və ixtisasları üzrə real layihələr üzərində işləmək imkanı əldə edirlər.
- İşlə təmin edirsinizmi?
Compar Academy-də təcrübə proqramını başa vurmuş tələbələrə karyera dəstəyi çərçivəsində həm işlə təminatda, həm də iş müsahibələrinə hazırlıqda köməklik göstərilir.
- Akademiyaya qəbul prosesi nə cür olur?
Qəbul üçün ilkin olaraq konsultasiyada iştirak edirsiniz, daha sonra isə sadəcə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərsiniz.
- Dərslərə neçə yaşından qoşulmaq olar?
"Compar Academy"də 8-14 və 15-dən yuxarı yaş kateqoriyaları üçün dərs proqramları mövcuddur.
- Tədris proqramının müddəti nə qədərdir?
Seçilən sahədən asılı olaraq 5 aydan 12 ay müddətinə qədər fərqli tədris proqramlarımız mövcuddur
- Dərslər hansı şəkildə keçilir?
Dərslərimiz həm əyani, həmn də onlayn şəkildə keçilir.