Compar Academy
Compar Academy veb-proqramlaşdırma, qrafik dizayn, veb dizayn, Microsoft Office, interyer dizayn kimi yüksək kompüter ixtisasları üzrə peşəkarlaşmış tədris mərkəzidir.
ƏLAQƏ

Proqramlaşdırma nədir. Ən sadə mənada proqramlaşdırma müəyyən bir işi yerinə yetirmək üçün kompüter dilində verilən əmrlər və ya komandalar toplusudur. Proqramlaşdırma sayəsində gündəlik həyatdımızda gördüyümüz işlər xeyli asanlaşır. Proqramlaşdırmadan istifadə etməklə televizor, planşet, kompüter, ağıllı telefon və sənayedə istifadə olunan alətlər yaradılır və idarə edilir. Onun insan həyatına işdə rahatlıq təmin etmək, insanların iş yükünü azaltmaq, iş yerindəki məhsuldarlığını artırmaq, vaxta qənaət etmək, rabitə asanlığı yaratmaq kimi böyük faydaları var.
Proqramlaşdırmanın tətbiq sahələri. Proqramlaşdırma təhsil, səhiyyə, informatika, əyləncə və sağlamlıq kimi bir çox sahələrdə istifadə edilir. Bir sözlə, gündəlik həyatda rast gəlinən bir çox vəziyyətlərdə iştirak edir. Kimlər proqramçı ola bilər? Proqramlaşdırmaya marağı olan hər bir kəs bu sahə üzrə təcrübəsi olub-olmamasından, təhsil sahəsindən, peşəsindən asılı olmayaraq proqramçı ola bilər. Vacib olan düzgün metodika və düzgün istiqamətləndirmə ilə öyrənməyə başlamaqdır.
Qrafik dizayn nədir ?
Qrafik dizayn hər hansı bir mesajın müəyyən bir auditoriyaya çatdırılması üçün mətbəə, fotoqrafiya, illüstrasiyalardan və s. istifadə edərək vizual məlumatın çatdırılması üsuludur. Bunu vizual kommunikasiya da adlandırmaq olar.
Qrafik dizayn yalnız texnoloji mühitdə yaradıla bilən bir məhsuldur, buna görə, o, təsəvvür etdiyimiz bir məhsulu kompüterdə müxtəlif proqramlardan istifadə edərək çəkdiyimiz, meydana gətirdiyimiz dizayndır.
Yeni məqalələr
Texnologiya xəbərləri