2 ay müddətində davam edən rəqəmsal marketinq dərsləri sırf qrafik dizaynerlər və qrafik dizayn üzrə müəyyən bazaya sahib olan şəxslər üçün nəzərdə tutulmuşdur. Həftədə 2 dəfə olmaqla keçilən dərs proqramına aşağıdakı mövzular daxildir:
- Rəng psixologiyasının öyrədilməsi
- Sosial media posterlərində duyğusal bağın yaradılması
- Cəzb edici fontların düzgün seçilməsi
- Doğru şəkildə sloganların yazılması
- Dizayn işlərində ehtiyacın yaradılması və düzgün göstərilməsi
- İdeyaları doğru şəkildə fikirləşməyin sirləri
- Satış metodikası
- Karusel postların doğru şəkildə yaradılması metodları
- Video kontentlərdən posterlərə keçid etməyin üsulları
- İlhamlanmaq üçün doğru axtarış metodları
- Rəqiblərin araşdırılma üsulları