MERN STACK NƏDİR?

shape
shape
shape
shape
shape
shape
shape
shape
MERN STACK NƏDİR?

MERN STACK NƏDİR?

 

MERN Stack mobil aplikasiya proqramlaşdırmasının daha sürətli inkişafına imkan verən bir texnologiyadır və bütün dünyada bir çox proqramçılar tərəfindən istifadə edilir. MERN Stack texnologiyasından istifadənin əsas məqsədi yalnız JavaScript-dən istifadə edərək proqramlar yaratmaqdır. Bunun səbəbi, MERN Stack proqramlaşdırmasını təşkil edən dörd texnologiyanın, əsasən, Javascript əsaslı olmasıdır. Nəticə etibarilə, əgər siz JavaScript-i (JSON-la yanaşı) bilirsinizsə, bütün Back-end, Front-end və verilənlər bazalarını asanlıqla idarə edə bilərsiniz. MERN Stack interaktiv veb-proqramlar və veb-səhifələr yaratmaq üçün birlikdə işləyən dörd fərqli texnologiyanın toplusudur.

MERN MEAN stack-ın (MongoDB Express Angular Node) bir-neçə variantından biridir və burada ənənəvi Angular.js Front-end veb çərçivəsi (framework) əvəzinə React.js istifadə olunur. Digər variantlardan biri MEVN stackdır (MongoDB, Express, Vue, Node) və, əslində, istənilən bir Front-end JavaScript veb çərçivəsi bunun üçün istifadə edilə bilər.

MERN stack dörd əsas texnologiyadan təşkil olunub:

    MongoDB — verilənlər bazası

    Express(.js) — Node.js veb çərçivəsi

    React(.js) — müştəri tərəfi JavaScript veb çərçivəsi

    Node(.js) — ilkin JavaScript veb serveri

Express və Node orta (aplikasiya üçün) səviyyəni (middle-tier) təşkil edir. Express.js server tərəfdən veb-çərçivəsidir, Node.js isə populyar və güclü JavaScript server platforması və ya mühitidir. Hansı variantı seçməyinizdən asılı olmayaraq bu texnologiya ME(RVA)N JavaScript və JSON ilə işləmək üçün ideal yanaşmadır.

 

MERN Stack necə işləyir?

MERN arxitekturası sizə tamamilə JavaScript və JSON istifadə edərək asanlıqla üç səviyyəli arxitektura (Front-end, Back-end, verilənlər bazası) qurmağa imkan verir.

React.js Front-end

MERN Stack-ın ən yüksək pilləsi HTML-də dinamik müştəri tərəfi proqramlar yaratmaq üçün deklarativ JavaScript kitabxanası olan React.js-dir. React sizə sadə komponentlər vasitəsilə mürəkkəb interfeyslər yaratmağa, onları arxa serverinizdəki verilənlərə qoşmağa və onları HTML kimi “render etməyə” (göstərməyə) imkan verir.

React-ın güclü toplusu minimal kod və minimal problemlə verilənlərə əsaslanan interfeysləri idarə edir və o, müasir veb-çərçivədən gözlədiyiniz bütün xüsusiyyətlərə malikdir: xətaların idarə edilməsi, problemlər üçün dəstək və s.

 

Express.js və Node.js server səviyyəsi

Növbəti səviyyə Node.js serverində işləyən Express.js server-tərəfi veb çərçivəsidir. Express.js özünü “Node.js üçün sürətli, minimalist veb çərçivə” kimi təqdim edir və bu, həqiqətən də belədir. Express.js URL yönləndirmə (daxil olan URL-i server funksiyası ilə uyğunlaşdırmaq) və HTTP sorğuları və cavablarını idarə etmək üçün güclü modellərə malikdir.

React.js Front-end-dən XML HTTP Sorğuları (XHR) və ya “GET” və ya “POST”lar etməklə siz tətbiqinizi gücləndirən Express.js funksiyalarına qoşula bilərsiniz. Bu funksiyalar, öz növbəsində, MongoDB verilənlər bazanızdakı məlumatlara daxil olmaq və yeniləmək üçün “callback”lər vasitəsilə və ya “promise”lərdən istifadə etməklə MongoDB-nin Node.js "sürücüləri"ndən istifadə edir.

 

MongoDB verilənlər bazası səviyyəsi

Tətbiqiniz hər hansı məlumatı (istifadəçi profilləri, məzmun, şərhlər, yükləmələr və s.) saxlayırsa, onda sizin React, Express və Node ilə asan işləmək üçün verilənlər bazasına ehtiyacınız olacaq.

MongoDB burada işə düşür: React.js -də yaradılmış JSON sənədləri Express.js serverinə göndərilə, orada emal oluna və sonradan axtarış üçün birbaşa MongoDB-də saxlanıla bilər.  

 

MERN stack full-stack hesab olunurmu?

Bəli, MERN, Front-end display səviyyəsi (React.js), aplikasiya səviyyəsi (Express.js və Node.js) və verilənlər bazası səviyyəsi (MongoDB) daxil olmaqla, ənənəvi üç səviyyəli arxitektura nümunəsinə uyğun full-stack proqramlaşdırmadır.

 

Niyə MERN Stack seçəsiniz?

MERN stack-ın kökündəki sənəd bazası olan MongoDB ilə başlayaq. MongoDB JSON məlumatlarını yerli olaraq saxlamaq üçün nəzərdə tutulmuşdur və onun əmr xətti interfeysindən tutmuş sorğu dilinə (MQL və ya MongoDB Sorğu Dili) qədər hər şey JSON və JavaScript üzərində qurulub.

MongoDB Node.js ilə çox yaxşı işləyir və tətbiqinizin hər səviyyəsində JSON məlumatlarını saxlamağı, manipulyasiya etməyi və təmsil etməyi inanılmaz dərəcədə asanlaşdırır.

Express.js HTTP sorğularını və cavablarını əhatə edən və URL-lərin server tərəfi funksiyaları ilə əlaqələndirilməsini asanlaşdıran server tərəfi proqram çərçivəsidir. React.js HTML-də interaktiv istifadəçi interfeysləri qurmaq və uzaq serverlə əlaqə yaratmaq üçün JavaScript-in Front-end veb çərçivəsidir.

Bu kombinasiya JSON datasının təbii şəkildə Front-end-dən Back-end-ə ötürülməsini və onun üzərində qurulmasını tez və olduqca sadə edir. Üstəlik, bütün sistemi başa düşmək üçün yalnız bir proqramlaşdırma dilini və JSON sənəd strukturunu bilməyiniz kifayətdir.

MERN, xüsusilə, React.js təcrübəsi olanlar üçün və sürətlə hərəkət etmək və nəticə əldə etmək istəyən veb-proqramçılar üçün ideal full-stack variantıdır.

 

MERN-in istifadə halları

Baxmayaraq ki, MERN daha çox JSON yönümlü və dinamik veb interfeysləri olan keyslər üçün idealdır, siz istənilən full-stack kimi, MERN-də də istədiyiniz proqramı yaza bilərsiniz. Nümunələrə iş axınının idarə edilməsi, xəbərlərin toplanması, görüləcək işlər proqramları, təqvimlər, interaktiv forumlar və xəyal edə biləcəyiniz başqa bir çox şeylər daxildir!