UŞAQLAR ÜÇÜN KODLAŞDIRMANIN ƏSAS FAYDALARI

shape
shape
shape
shape
shape
shape
shape
shape
UŞAQLAR ÜÇÜN KODLAŞDIRMANIN ƏSAS FAYDALARI

UŞAQLAR ÜÇÜN KODLAŞDIRMANIN ƏSAS FAYDALARI

Uşaqlar üçün kodlaşdırmanın 21-ci əsrin ən vacib bacarıqlarından biri olmasından başqa faydaları haqqında heç düşünmüsünüzmü?

Kodlaşdırma uşaqlara texnologiyanın hər yerdə olduğu bir dünyada müstəqil vətəndaş olmaq imkanı verir. Artıq kodlaşdırmanı öyrənməyin arxasında duran məqsəd yalnız bacarıqlı proqramçı olmaq və əmək bazarının ehtiyaclarını ödəmək ilə məhdudlaşmır. Bu, uşaqların həyatın bütün sahələrində irəliləməsinə imkan verir.

Kodlaşdırmanın faydaları təəccüblü dərəcədə geniş ola bilər. Uşaqlarınızı erkən yaşlarından gələcəyə hazırlamağa gəldikdə, kodlaşdırma həyat bacarıqları və karyera imkanları əldə etmək üçün bir çox fürsətlərin qapısını açır.

Proqramlaşdırma sahəsinə erkən yaşdan giriş ilk baxışdan real görünməyə bilər, lakin kiçik yaşlardan kodlaşdırmaya başlayanların sayı düşündüyünüzdən daha çoxdur. Aşağıdakı statistikada insanların yaş kateqoriyasına görə proqramlaşdırmaya başlama statistikasına nəzər yetirə bilərsiniz.

Uşaqların niyə kodlaşdırma ilə məşğul olmalı olduğuna dair əsaslandırmalar rəqəmsal dünyanın inkişafı ilə paralel olaraq artacaq. Həqiqət budur ki, uşaqların kodlaşdırmanı erkən öyrənməsi üçün bir çox səbəblər var. Bu yazıda sizə uşaqların niyə kodlaşdırma öyrənməli olduğuna dair araşdırma ilə dəstəklənən ən yaxşı üstünlükləri təqdim edəcəyik.

 

Kodlaşdırma yaradıcılığı inkişaf etdirir

Uşaqlar üçün kodlaşdırma, əsasən, yaradıcı bir prosesdir. Rəssamlıq və ya yemək bişirmək kimi, kodlaşdırma da uşağı proses boyunca əyləncədən faydalanmağa həvəsləndirir. Real dünyada yaradıcı fəaliyyətlər çox vaxt əlimizdə olan materiallarla məhdudlaşır. Məsələn, yemək hazırlayarkən inqrediyentlər və ya boyayarkən kətan. Ancaq virtual dünyanın sonsuz olduğu kodlaşdırma ilə yeganə məhdudiyyət uşağın təxəyyülüdür. Yaradıcılıq yenilik, ixtiraçılıq və liderliyin əsasını qoyur, çünki o, mövcud ideyaları yeni həllər və yanaşmalarla əlaqələndirmək qabiliyyətini inkişaf etdirir.

Kodlaşdırma vasitəsilə biz maraqlı və yaradıcı uşaqlarımıza gələcək nəslin yaradıcı mütəfəkkirləri olmaq imkanı veririk. Bu, uşaqları təcrübə aparmağa, fikirlərini araşdırmağa və sorğulamağa, səhvlər etməyə və onlardan dərs almağa həvəsləndirməklə öyrədilə bilər.

 

Kodlaşdırma riyaziyyatı daha əyləncəli və cəlbedici edir

İllərlə kodlaşdırma ilə maraqlanan uşaqların riyaziyyat bacarıqlarını inkişaf etdirməli olduğu düşünülüb. Bununla belə, bunun əksi də doğru ola bilər: kodlaşdırma uşaqlara riyaziyyat bacarıqlarını inkişaf etdirməyə və riyaziyyatı öyrənməyi daha cəlbedici və əyləncəli etməyə kömək edə bilər. Riyaziyyat və kodlaşdırma bir-biri ilə sıx bağlıdır. Uşaqlara kodlaşdırmanın öyrədilməsi riyaziyyat anlayışlarını tətbiq etməyi əhatə edir. Övladlarınız bu riyazi bacarıq və qabiliyyətləri heç fərqinə varmadan və əylənərkən əldə edəcəklər.

 

Kodlaşdırma problem həll etmə bacarıqlarını inkişaf etdirir

Kodlaşdırma bacarığı problem həllinə yeni perspektiv verir. Yeni başlayanlardan peşəkarlara qədər hər kəs sizə kod yazmağın olduqca çətin ola biləcəyini deyəcək. Kodlaşdırma vasitəsilə uşaqlar bir şey alınmadıqda onu tez düzəltməyi və müxtəlif yollarla yenidən cəhd etməyi, problemin həll yolunu tapmaq üzərində işləmək bacarığını öyrənirlər. Bu problem həlli texnikası bir çox başqa sahələrə də transfer edilə bilər.

 

Kodlaşdırma hesablamalı düşünməyə imkan verir

Hesablama təfəkkürü yaşından və ya kompüter biliklərinin səviyyəsindən asılı olmayaraq problemləri müəyyən etmək üçün nəzərdə tutulmuş strukturlaşdırılmış metoddur. O, tənqidi təfəkkürün inkişafına kömək edir və tələbələrə problemləri anlamaq və həll etmək üçün strategiyalar hazırlamağa və tətbiq etməyə kömək edir. Bu, təbiətdə "cross-disciplinary" adlanır (birdən çox elm sahəsinə aid olan və ya onu təmsil edən; fənlərarası.) və onu ibtidai sinifdə və ya hətta məktəbəqədər yaşda öyrətməyə başlamağın faydası daha çoxdur. Bütün fənlər eyni mühitdə tələbələr üçün birləşdirilir.

Hər şeydən çox, hesablamalı təfəkkür olduqca dəyərli düşünmə vasitəsidir. Kodlaşdırmanı öyrənməklə uşaqlar hesablama təfəkkürünü də inkişaf etdirirlər.

 

Kodlaşdırma icra edərək öyrənməyə təşviq edir

Uşaqlar üçün ən yaxşı öyrənmə yolu icra etmək və kəşf etməklə öyrənməkdir. Bu, tələbələrin adaptasiya olmaq və öyrənmək üçün ətraf mühitlə qarşılıqlı əlaqədə olduğu praktiki yanaşmadır. Bu yanaşma, əslində, həyata keçirilən zaman daha çox öyrənməyimizi təmin edir. Məsələn, bir uşağın oyun oynamağı öyrəndiyini düşünün. İcraatla öyrənmə yanaşması sayəsində uşaq, oyunu oynamaq üçün istifadə etdiyi proqramı başa düşəcək. Daha sonra o, obyektlərin hərəkəti, qazana biləcəyi xallar və s. haqqında daha çox kəşf etməyə başlayacaq. Bu da passiv təcrübəni yox, aktiv məşğulluğu əhatə edir.

Uşağınızın proqramlaşdırmaya marağına səbəb olmaq üçün ona kodlaşdırmanın onlara nələr etməyə imkan verdiyini göstərin. Kodlaşdırma onlara oyun və proqramlar yaratmaqdan, animasiyalar tərtib etməyə qədər bir çox şeyləri etməyə imkan verəcək. Ən əsası isə, kodlaşdırma olduqca əyləncəlidir! Övladınız gələcəkdə kompüter elmləri xaricində bir sahəyə yönəlsə belə, kodlaşdırma bacarıqları onlara bütün sahələrdə faydalı olacaq.

Ən əsası, kodlaşdırma bacarığı uşaqları passiv istifadəçidən innovativ yaradıcıya çevirir və onların gözləri hər bir texnologiya parçasına oyuncaq kimi yox, həll edilməli bir problem və yaratmaq imkanı kimi baxır.

Kodlaşdırmanın faydaları həyatın müxtəlif aspektləri üçün faydalıdır və uşaqlara özlərini ifadə etməyə imkan verir. Odur ki, artıq uşaqlarınızı kodlaşdırma ilə tanış etməyin vaxtıdır! Buna “Compar Academy”nin uşaqlar üçün proqramlaşdırma dərsləri ilə tanış olmaqdan başlaya bilərsiniz. Ətraflı tanışlıq üçün bizimlə əlaqə saxlaya və ya bu keçiddən dərs proqramı ilə bağlı ilkin məlumatlar əldə edə bilərsiniz.