28 May, Ş.Əzizbəyov küçəsi 185a

Blogun ətraflı detalları

 

Loqolar bir markanın simasıdır. Bu səbəbdən bir marka üçün loqo hazırlayarkən çox diqqətli olmaq lazımdır. Çünki insanlar tərəfindən görülən bir markanın siması onun loqosudur və qrafik dizaynerin loqo hazırlayarkən onu ətraflı şəkildə planlaşdırması çox önəmlidir. Bu səbəbdən bir loqo hazırlayarkən nəzərə alınmalı olan və sizə istiqamət verəcək məqamları və loqonun qrafik dizayn işi olaraq əhəmiyyəti barədə yazdıq.
 

Vektor dizayn proqramlarından istifadə edin.

Loqo tərtib edilərkən dizaynın harada və hansı proqramda hazırlanması çox önəmlidir. Bu səbəbdən loqoların tərtibi zamanı müvafiq proqramlardan istifadə etmək tövsiyə olunur. Çünki uyğun proqramlarla tərtib olunmayan və ya vektor dizaynından istifadə olunmayan loqolar gələcəkdə müxtəlif problemlər yarada bilər. Məsələn, loqotip hazırlayarkən piksel əsaslı proqramlardan istifadə etsəniz, müxtəlif reklam və marketinq fəaliyyətlərində istifadə edildikdə bu loqonun pis görünməsinə səbəb ola bilərsiniz. Çünki piksel əsaslı dizaynlarda ölçü böyüdüldükdə şəkil keyfiyyəti azalacaq.

 

Loqoda mətn istifadə olunursa, o, oxunaqlı olmalıdır.

Loqo hazırlayarkən diqqət yetirilməli olan başqa bir məqam, loqoda mətn varsa, onun oxunaqlı olmasına əmin olmaqdır. Çünki hər loqoda mətn yoxdur, lakin loqoda mətn varsa, izləyiciləriniz bu mətni oxuyub başa düşmək istəyəcək. Bu səbəbdən, loqoda yazı istifadə olunursa, mətnin gözəl görünməsi üçün fərqli simvollarla yazmaqdansa onun daha oxunaqlı və xoş yazı üslubu ilə hazırlanması tövsiyə olunur.

 

Çox rənglərdən istifadə edilməməlidir.

Hər hansı bir marka üçün loqo tərtib edərkən çox rəngdən istifadə etmək çox vaxt trend olur. Bununla belə, bu səhv bir təcrübədir. Çünki loqoda çoxlu rəng olması insanları narahat edə və göz yorğunluğuna səbəb ola bilər. Bu səbəbdən loqo tərtib edərkən xüsusi məna kəsb etmirsə, çox rəng istifadə etməmək tövsiyə olunur.

 

Loqo orijinal və cəlbedici olmalıdır.

Dizayn edilən loqonun orijinal olması və diqqəti çəkən struktura malik olması vacibdir. Çünki çox solğun və ya çox sadə loqolarla insanların diqqətini çəkmək asan deyil. Eyni zamanda, çox sadə loqolardan istifadə böyük brendlərin auditoriyadakı imicinə mənfi təsir göstərə bilər. Bu səbəbdən orijinal, cəlbedici, lakin şişirdilməmiş loqo dizaynları daha çox tövsiyə edilir.

 

Yazımızın sonunda sizin üçün loqolarla bağlı bir kitab tövsiyəmiz var.

Logo Design Love

Bu kitab bir çox qrafik dizynerlər tərəfindən ən çox tövsiyə edilən brendinqlə bağlı mənbədir.

Kitab sizi eskiz dəftərinizdəki ilk ideyadan son çap formasına qədər aparmaqla uğurlu, peşəkar loqo yaratmaq prosesində sizə bələdçilik edir. Mövzular təcrübəsiz dizaynerlərin addım-addım izləyə biləcəyi sadə, əsas anlayışlara bölünür və hansının daha yaxşı olduğunu müəyyən etmək üçün loqo dizaynlarının müqayisə edilməsi öyrədliir. 

Bundan əlavə, kitabda brendinizi təmsil etmək üçün loqo dizaynından istifadə etməyin ən yaxşı yolları vurğulanır və hətta ideal loqolarını yaratmaq üçün müştərilərlə necə işləmək lazım olduğu barədə məsləhətlər də verilir.

Əgər sahədə yenisinizsə, bu kitabın sizə əl verəcəyindən əmin ola bilərsiniz. Ümumiyyətlə, "Logo Design Love" kitabı sizə zamanın tələblərinə uyğun simvolik loqolar yaratmaqda bir nömrəli yardımçı ola bilər.