İDEYA VƏ İLHAM ALA BİLƏCƏYİNİZ ƏN YAXŞI QRAFİK DİZAYN BLOQLARI

shape
shape
shape
shape
shape
shape
shape
shape
İDEYA VƏ İLHAM ALA BİLƏCƏYİNİZ ƏN YAXŞI QRAFİK DİZAYN BLOQLARI

İDEYA VƏ İLHAM ALA BİLƏCƏYİNİZ ƏN YAXŞI QRAFİK DİZAYN BLOQLARI

Bu gün mövcud dizayn tendensiyalarını izləmək və yeniliklərdən xəbərdar olmaq üçün bir çox bloq səhifələri mövcuddur. Bəs bu qədər bloqlar arasında hansıları izləməyə dəyər? Sizin üçün ilham ala biləcəyiniz və mövcud tendensiyaları izləyə biləcəyiniz ən yaxşı qrafik dizayn bloq səhifələrini bir araya gətirdik.

 

1. Design Week

"Design Week" 1986-cı ildə təsis edilib və 2011-ci ildə rəqəmsal mühitə çıxmazdan əvvəl Böyük Britaniyanın aparıcı dizayn jurnallarından biri olub.

Bundan əlavə, “Design Week” qrafika, brendinq, interyer, rəqəmsal dizayn və bir çox başqa mövzuda yüksək keyfiyyətli, yaxşı yazılmış xəbərlər dərc etməyə davam edir.

 

2. Google Dizayn

"Google Dizayn" "Google"da bir qrup dizayner, yazıçı və tərtibatçının birgə işidir. "Google"un dizayn işlərini nümayiş etdirən və öz sahəsində aparıcı innovatorları nümayiş etdirən "Google Design" məzmun yaratmaq və maraqlı işlər hazırlamaq üçün işləyən bir komandaya malikdir.

Dizayna yönəlmiş bu bloq dizayn dünyasından maraqlı məqalələr və xəbər yeniləmələri ilə doludur. Siz həmçinin “Amerika tarixindəki ən pis dizayn fəlakətindən dərslər” və “Veb şriftlərinin seçilməsi: yeni başlayanlar üçün bələdçi” kimi maraqlı nəşrlərə rast gələ bilərsiniz.

 

3. Mirador

"Mirador" Parisdə yerləşən "Say What Studio" tərəfindən idarə olunan vizuala əsaslanan bloqdur. Bununla yanaşı burada bir çox ilhamverici əsərlər bir yerə gətirilir. Ümumiyyətlə, "Mirador" "Tumblr" üslubunda vizual bir ilham mənbəyidir.

 

4. Abduzeedo

"Abduzeedo" memarlıq, dizayn, fotoqrafiya və UX haqqında məqalələr paylaşan fərdi yazıçılardan ibarət bir icmadır. 2006-cı ildə braziliyalı dizayner Fabio Sasso tərəfindən qurulan şirkət bir çox dizayn bloqunda maraq cəlb etməyən 3D işində də olduqca güclüdür.

"ABDZ" fərqli üslubları özündə birləşdirib inkişaf etmiş və bu gün ən çox axtarılan dizayn bloqlarından birinə çevrilib.

 

5. Spotify

"Spotify"ın dizayn bloqu olduğunu, yəqin ki, çoxunuz bilmirdiniz. “Spotify əməkdaşlığı inkişaf etdirmək üçün Figma-da işi necə təşkil edir” kimi yazılarda dizaynerlər və dizayn agentlikləri üçün bir çox faydalı məzmunlar yer alır.

 

6. The Inspiration Grid

2011-ci ilin fevralında başladılmış “Inspiration Grid” dünyanın hər yerindən yaradıcı istedadları qiymətləndirən onlayn jurnaldır. O, həmçinin, dizayn, incəsənət, illüstrasiya, mətbəə, fotoqrafiya, memarlıq, moda və s. haqqında gündəlik məzmun dərc edən bloqdur.

 

7. Logo Design Love

“Logo Design Love” loqolara və vizual tanıtımlara ayrılmış vebsayt və kitabdır. David Airey tərəfindən hazırlanmış bloq dünyanın hər yerindən loqo dizaynlarına yer verir. Bloq ən yeni loqolar və loqo dizayn kitabları kimi işlərə dair analiz və rəylər də paylaşır.

 

8. Codrops

"Codrops" ən son veb tendensiyaları, texnikaları və yeni imkanlar haqqında məqalələr və dərsliklər dərc edən veb dizayn və “development” bloqudur.

Bundan əlavə, "Codrops" həmişə saytda yazarlıq etmək istəyən yazıçılar, veb tərtibatçılar və veb dizaynerləri axtarır. İdeyalarınız haqqında danışmaq, təhsil kontenti yaratmaq və ya sadəcə hazırladığınız bir şi paylaşmaq istəyirsinizsə, "Codrops" komandası ilə əlaqə saxlaya bilərsiniz.

 

9. I Love Typography

“I Love Typography" mətbəə və yazı tarixindən tutmuş şriftlərin yaradılmasına, çap sənətindən kitab tarixinə və xəttatlığa qədər hər şeyi əhatə edir. Bloq “Typographic Firsts: Adventures in Early Printing” kitabının müəllifi Con Boardlinin işidir.

 

10. Eye Magazine

Beynəlxalq qrafik dizayn icmalı “Eye Magazine” il ərzində bir-neçə dəfə dərc olunan qrafik dizayn və vizual mədəniyyətə aid bir jurnaldır. Lakin jurnalın bloq səhifəsi dizayn və vizual mədəniyyət haqqında bir sıra tənqidi, maarifləndirici məzmun təqdim edir.

 

Mənbə:   Creative Boom